Kürd tərəfdarı olan üç bələdiyyə sədri həbs edildi

Türkiyədə son seçkilərdə seçilən kürd yönümlü üç bələdiyyə sədri terrorla bağlı cinayətlərdə ittiham olunaraq vəzifələrindən uzaqlaşdırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin Mardin, Batman və Halfeti şəhərlərində kürd tərəfdarı olan üç bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırıldığını və yerinə müvəqqəti dövlət məmurlarının təyin edildiyini açıqlayıb.

Bu addım bələdiyyə sədrlərinə qarşı terrorla bağlı maddələrlə ittiham və hökmlərlə izah edilib. Bələdiyyə sədrlərinin hamısı parlamentdə 57 mandata malik kürd tərəfdarı Bərabərlik və Demokratiya Uğrunda Xalq Partiyasının (DEM) təmsilçiləridi.