Kudrin 2024-cü il Putinə rəqib olacaq - Prezident seçkilərinə qatılır

Rusiya Hesablama Palatasının sədri vəzifəsindən istefa verən keçmiş maliyyə naziri Aleksey Kudrinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində “liberal namizəd” kimi irəli sürülə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bizimxeber.az Rusiya KİV-lərinə istinadən yaydığı məlumata görə, Kudrin Hesablama Palatasından "Yandex"ə keçib.

Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin bildirib ki, seçkilərdə Kudrinin namizədliyinin irəli sürülməsi, yumşaq desək, son dərəcə şübhəlidir: "Mən qətiyyən başa düşə bilmirəm ki, Aleksey Leonidoviç Kudrinə niyə lazımdır ki, kimsə onu namizəd göstərsin.

İkincisi, mənim başa düşdüyüm kimi, o, çox güman ki, "Yandex"ə keçir, bu, tamamilə fərqli bir sahədir, seçki prosesləri ilə əlaqəli deyil, ictimai siyasi sahə ilə birbaşa əlaqəli deyil".