Krıma vuruldu: S-400 və S-300 sistemləri məhv edildi

Aprelin 17-nə keçən gecə Rusiya tərəfindən işğal olunmuş Krımın Cankoy şəhərində hərbi aerodromda baş verən partlayışlar nəticəsində üç S-400 və iki S-300 buraxılış qurğusu sıradan çıxarılıb. 

Bu barədə "Crimean Wind” monitorinq "Telegram" kanalı məlumat yayıb.

Məlumatda, həmçinin bir S-400 sisteminin radiolikasiya stansiyasl və S-300 və S-400 sursat anbarının da məhv edildiyi bildirilib.

Bundan başqa, ölən və yaralananlar da var. Onların sayı dəqiqləşdirilir.

Bundan əvvəl "Crimean Wind” kanalı öz mənbələrinə istinadən 30-a qədər rusiyalı hərbçinin ölə, daha 80-ə yaxınının isə yaralana biləcəyini bildirib. 

Xatırladaq ki, aprelin 17-nə keçən gecə Rusiya tərəfindən işğal olunmuş Krımın Cankoy şəhərində partlayışlar baş verib və güclü yanğınlar başlayıb. Yerli sakinlər yerli hərbi aerodrom ərazisində partlayış və yanğının baş verdiyini bildiriblər.

Teleqram kanalın verdiyi məlumata görə, Cankoy aerodromunda Rusiya Ordusunun Cənub Hərbi Dairəsinin 4-cü Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Komandanlığının 27-ci qarışıq aviasiya diviziyasının 39-cu helikopter alayı və üç aviasiya eskadrilyası yerləşdirilib.