Kremlin Britaniya attaşesini ölkədən çıxarması çıxılmaz addımdır

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Rusiya Xarici İşlər Nazirliyinin Böyük Britaniyanın Moskvadakı səfirliyinin müdafiə attaşesini persona non-qrata elan etmək qərarını şərh edib.

Bizimxeber.az bildirir ki, Şapps öz reaksiyasını Twitter-də yazıb.

Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın Britaniyanın müdafiə attaşesini ölkədən çıxarması çıxılmaz addımdır.

“Böyük Britaniyadakı Rusiya attaşesi casus kimi fəaliyyət göstərdiyi halda, Putinin bizim attaşemizlə yeganə problemi o idi ki, o, Böyük Britaniyanın qanunsuz və vəhşicəsinə işğalı qarşısında Ukraynaya davamlı dəstəyini təmsil edirdi”.