Kremlə PUA-hücumunu Ukrayna edib - ABŞ

ABŞ Kremlə pilotsuz uçuş aparatlarının hücumunu Ukrayna xüsusi xidmət orqanlarından biri tərəfindən təşkil etdiyini ehtimal edir.

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı "New York Times" nəşri yazıb.

Qeyd olunur ki, hücumun hansı kəşfiyyat bölməsi tərəfindən edildiyini müəyyənləşdirmək mümkün olmayıb.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, Vaşinqton Ukraynanı öz ərazisindən kənarda zərbə endirməyə təşviq etmir və buna imkan vermir.