Kremldən İsrail açıqlaması - "Biz qarışmırıq!"

"Moskva İsraildə etirazlar səbəbindən yaranmış vəziyyəti ölkənin daxili işi hesab edir, lakin bundan narahatdır".

Bizimxeber.az bildirir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz qarışmırıq. Təbii ki, vəziyyəti narahatlıqla izləyirik. Bu, daxili məsələdir. Əsas odur ki, təhlükəsizliyə, insanlara, Tel-Əvivdəki səfirliyimizə təsir edəcək ciddi problemlərlə nəticələnməsin" - deyə Boqdanov bildirib.

Qeyd edək ki, İsraildə 12 həftədir ki, mübahisəli məhkəmə islahatlarına qarşı kütləvi etirazlar keçirilir.