Kreml Putin və Tramp arasında telefon danışığını inkar etdi


Kreml ABŞ prezident seçkilərində Respublikaçıların qələbəsindən sonra Rusiya lideri Vladimir Putinin Donald Trampla telefon danışığı olduğunu təkzib edib. 

Bizimxeber.az bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov KİV-də Tramp və Putin arasında, xüsusən də Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibəni müzakirə etdikləri söhbəti “uydurma” adlandırıb.

"Heç bir söhbət olmadı. Bu, hətta bəzən kifayət qədər sanballı nəşrlərdə belə dərc olunan məlumatların keyfiyyətinin ən bariz nümunəsidir. Bu, tamamilə həqiqətə uyğun deyil. Bu, saf uydurmadır, sadəcə olaraq, yalan məlumatdır", - Kreml sözçüsü bildirib.

WP-nin məlumatına görə, söhbət zamanı Tramp Rusiya hökmdarına  Ukraynada müharibəni qızışdırmamağı tövsiyə edib  və ona ABŞ-ın Avropada əhəmiyyətli hərbi mövcudluğunu xatırladıb.