"Komandamda Nikki Heyli üçün yer var" - Tramp

Ağ Ev rəhbəri postuna namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik yarışından geri çəkilən Nikki Heylinin komandasına qoşulacağını gözləyir. 

Tramp deyib ki, onun komandasında Nikki Heyli üçün yer var. 

Tramp Heylinin qarşıdan gələn prezident seçkilərində Respublikaçıya səs verəcəyinə dair sözlərinə belə cavab verib: “Mən bunu yüksək qiymətləndirirəm... Düşünürəm ki, o, bizim komandada olacaq, çünki ideyalarımız birləşir, eyni düşüncələrə sahibik”, - deyə siyasətçi bildirib.

Tramp   ABŞ prezidentliyinə yeganə Respublikaçı namizəd olaraq qalır.