Kiyevə genişmiqyaslı hava hücumu təşkil edildi

Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumları edib. 

Bizimxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, paytaxta həm qanadlı raketlər, həm də İran istehsalı “Shahed” pilotsuz uçuş aparatları ilə hücum edilib. 

İlkin məlumata görə, Kiyevə 15 qanadlı rakat atılıb, eləcə də hücumdan 18 PUA-dan istifadə olunub. Ukrayna hava hücumundan müdafiə vasitələrinin bütün hava hədəflərini zərərsizləşdirdiyi bildirilir.