Kiyev təslim olanda Zelenski orada olmayacaq, başqası sənədi imzalayacaq - Scott Ritter

"Kiyev hakimiyyəti təslim aktını imzalayana qədər Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski artıq həyatda olmayacaq".

Bizimxeber.az bildirir ki, bunu Keçmiş amerikalı kəşfiyyatçı Scott Ritter  "YouTube” kanalına müsahibəsində danışıb .

“ Kiyev təslim olanda Zelenski orada olmayacaq, başqası sənədi imzalayacaq. Onun üçün hər şey bitdi və onun yerini kim tutsa, danışıqlar masası arxasında oturacaq”, - Ritter bildirib.

O, Rusiya ilə Ukrayna arasında sülh sazişinin məhz Moskvanın şərtləri əsasında əldə olunacağına əmin olduğunu bildirib. Onun fikrincə, Qərb dövlətləri Kiyevin əli ilə Rusiyanı məğlub edə bilməyəcəklərini anlamalı və sonra bu faktla barışmalıdırlar.

Bundan əvvəl Oklahoma ştatından olan respublikaçı konqresmen Tom Koul jurnalistlərə bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası büdcə layihəsində Kiyevə yardım nəzərdə tutmayıb.