Kiyev sakinləri mer Kliçkonun üstünə qışqırdı - Sığınacaqları açın - VİDEO

Kiyevlilər Ukrayna paytaxtının meri Vitali Kliçkonun üstünə qışqırıb və ondan şikayətləniblər.

Bizimxeber.az bildirir ki, “Strana” nəşri məlumat yayıb.

Şəhər sakinləri Kliçkoya paytaxtda daim bağlı bomba sığınacaqları ilə bağlı problemdən şikayətləniblər. Sakinlər deyib ki, sığınacaqlar uzun müddətdir bağlıdır və insanlar həyəcan zamanı gizlənməyə yer tapa bilmir.

Vitali Kliçko isə deyilən iradların araşdırılacağına söz verib: "İndi müstəntiqlər bomba sığınacağının açıq və ya bağlı olduğunu müəyyən etməyə çalışırlar. Çünki partlayış nəticəsində mərkəzi qapılar tamamilə sındırılıb. Bunu öyrənməyə çalışırıq”.

Mer həmçinin qeyd edib ki, bomba sığınacaqlarına görə inzibati ərazi dairələrinin rəhbərləri və sığınacaqların birbaşa yerləşdiyi yerlərin rəhbərləri cavabdehdirlər.