Kiyev Rusiyasız dünya sammiti keçirmək istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolz ilə “sülh sammiti”nə hazırlığı müzakirə edib.

“Almaniya Federal Kansleri Olaf Şolzla görüş zamanı biz qlobal sülh sammitinə birgə hazırlıq və mümkün qədər çox iştirakçının iştirakını müzakirə etdik”, - deyə Zelenski bildirib.

Ukrayna hakimiyyəti tədbirdə iştirak etmək üçün mümkün qədər çox ölkəni cəlb etmək istəyir, bu səbəbdən tədbirin tarixi təsdiqlənməyib. Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Kiyev tərəfdaşları ilə birlikdə Rusiyasız dünya sammiti keçirmək niyyətindədir.