"Kursk Atom Elektrik Stansiyasına hücum etməyə cəhd edən Ukrayna hakimiyyəti çox təhlükəli hərəkət edir. Kiyev odla oynayır".
Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Kiyev odla oynamaqda davam edir. MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi - RT) ilə əlaqələrimizdə, təbii ki, bunu diqqətimizə çatdırırıq”, - deyə o vurğulayıb.
Sentyabrın sonunda MAQATE-nin baş direktoru Rafael Qrossi Ukrayna Silahlı Qüvvələrinin regiona hücumu səbəbindən Kursk AES ətrafında vəziyyətin gərgin olduğunu bildirib.