Kiyev ildə 20 milyard dollarlıq silah istehsal edə bilər - Bloomberg

Ukrayna ildə 20 milyard dollar dəyərində silah istehsal etmək gücündədir.

Bizimxeber.az bildirir ki, bunu Ukraynanın keçmiş strateji sənaye naziri Aleksandr Kamışin deyib.

Artıq 2025-ci ildə Ukraynanın hərbi sənayesi 30 milyard dollar dəyərində silah istehsal edə biləcək. Bu silahlar arasında "çox sayda" PUA-lar, eləcə də uçuş məsafəsi 1,5 min km-ə qədər olan ballistik raketlər var.