Kişinyovda liderlərin qeyri-rəsmi görüşü başladı

Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş başlayıb.

Bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.