Kılıcdaroğlu qazana bilsə qalib “terror təşkilatları" olacaq - Ərdoğan

"Seçkinin ikinci turunda qalib gələcəyim təqdirdə kabineti tez formalaşdıracam".

Bizimxeber.az bildirir ki, bunu açıqlamaslnda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyip Ərdoöğan deyib.

"Bizə kabineti tez formalaşdırmaq lazım gələcək. Dostlarımızla oturub dəyərləndirmələr aparacaq, xalqımızın rifahının yaxşılaşdırılması və ölkəmizin inkişafı üçün lazımi addımlar atacağıq", - o, müsahibəsində deyib.

Ərdoğan həmçinin bildirib ki, əgər onun əsas rəqibi olan müxalifət lideri Kamal Kılıçdaroğlu ikinci turda səslərin əksəriyyətini qazana bilsə, qalib “terror təşkilatları və Amerika korporasiyaları” olacaq: "Allahın köməkliyi ilə mayın 28-də qalib gəlsək, 85 milyon insanın (rəsmi məlumatlara görə Türkiyə əhalisi) hər biri qalib olacaq”, - deyə o bildirib: "Cənab Kılıçdaroğlu qalib gəlsə, qalib gələnlər terror təşkilatları, Londonun lombardları və Amerika korporasiyaları olacaq. Biz birliyimizi, həmrəyliyimizi hədəfə alanlara heç bir şans verməməliyik".