Kılıcdaroğlu Ərdoğanı teledebata çağırdı -"Sənə meydan oxuyuram..."

Türkiyədə prezident seçkilərinin ikinci turunda mübarizə aparan müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu rəqibi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı teledebata dəvət edib.

Bizimxeber.az bildirir ki, Kılıcdaroğlu Ərdoğan TRT-nin canlı efirinə dəvət edib: "Sənin terrorçularla işbirliyində olmağını, onları himayə etdiyini  tək mən demirəm. Əgər sübuta ehtiyacın varsa, sənə meydan oxuyuram. Bu axşam, sabah və ya şənbə günü öz TRT kanalına. Bunu hamıya sübut edəcəm. Sən terrorçularla əməkdaşlıq edən bir insansan! – deyə Kılıçdaroğlu deyib.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda səslərin 49,52 faizini, onun yeddi müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib.