Kemi Seb “Vaqnerlər”lə əlaqədə şübhəli bilinir

Fransada qaradərililərin hüquqlarını müdafiə edən qrupun lideri Kemi Seb Rusiyanın özəl hərbi şirkəti "Vaqner" ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Le Figaro ” yazıb.

Kemi Seba Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) tərəfindən xarici müdaxilə şübhəsi ilə nəzarətə götürülüb. O, heç bir ittiham irəli sürülmədən azadlığa buraxılıb, lakin istintaq davam edir.

Məsələyə yaxın mənbə bildirib ki, onun həbs edilməsinə səbəb olan istintaq “DGSİ-nin təşəbbüsü” ilə başlayıb. Kemi Seba "xarici dövlətlə kəşfiyyat aparması... Fransaya qarşı hərbi əməliyyatlar və ya təcavüz aktları törətmək" ilə bağlı istintaq çərçivəsində dindirilib.