Keçmiş baş nazir Tokayevdən əfv diləyib

2023-cü ildə dövlətə xəyanətdə və hakimiyyəti ələ keçirməyə cəhddə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilən Qazaxıstanın keçmiş baş naziri Kərim Maksimov əfv ərizəsi yazıb. Hazırda Maksimov Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) istintaq təcridxanasında saxlanılır. 

Bu barədə "İnformburo.kz” saytı məlumat yayıb.

"Həqiqətən də, bu qurumdan (MTK-nin təcridxanası – red.) 2024-cü ilin martında o, əfv üçün Qazaxıstan Respublikasının prezidentinə ərizə göndərib”, - komitədən nəşrə bildiriblər. "İnformburo.kz” saytının həmsöhbəti aydınlaşdırıb ki, Kərim  Maksimova qarşı cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması, habelə xüsusilə külli miqdarda rüşvət alma faktları üzrə istintaq davam etdirilir. Maksimova qarşı cinayət işi "tam  məxfi” kimi tövsif edilib. Xatırladaq ki, Kərim Maksimov 2007- 2012 və 2014-2016-cı illərdə Qazaxıstan hökumətinə, bundan sonra Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik edib. 2022-ci ildə ölkədə kütləvi etirazlar zamanı Qasım-Comart Tokayev  Maksimovu tutduğu vəzifədən azad edib. Qazaxıstan Baş Prokurorluğu Kərim Maksimovu 2022-ci ilin yanvarında keçirilən  etiraz aksiyalarının əsas təşkilatçısı hesab edir. Etirazçılar  hökumətin istefasını və Nursultan Nazarbayevin ölkəni idarə etməkdən uzaqlaşdırılmasını tələb ediblər. Onların tələbləri yerinə yetirilib.