Kandilli Rəsədxanasından zəlzələ xəbərdarlığı - "Gec-tez qırılacaq..."

Türkiyədə baş verən ardığın dəhşətli zəlzələlərdən sonra verilən açıqlamalar hər kəsi təşvişə salıb.

Gözlənilən böyük zəlzələ üçün son açıqlaması ilə diqqət çəkən Kandilli Rəsədxanası Regional Zəlzələ Sunami İzləmə və Qiymətləndirmə Mərkəzinin müdiri, zəlzələ üzrə alim Doğan Kalafat daha bir narahatedici açıqlama verib.

Bizimxeber.az bildirir ki, o, Mərmərədə seysmik boşluq olduğunu və bu parçabıb gec-tez qırılacağını açıqlayıb: "Zəlzələnin nə vaxt baş verə biləcəyi ilə bağlı statistik rəqəmlər çıxararaq, zəlzələ kataloqlarından istifadə edərək, böyük zəlzələlərin təkrarlanma dövrlərinə baxırıq. Belə bir statistika var ki, 30 ildən sonra 64 faiz, 50 ildən sonra 75 faiz, 90 ildən sonra 95 faiz ehtimalı ilə zəlzələ ola bilər, amma bu, bu tarixlər arasında zəlzələnin olacağı anlamına gəlmir. Bu, bizə ancaq yaşadığınız coğrafiyada zəlzələ təhlükəsinin olması xəbərini verir. Odur ki, vaxtdan səmərəli istifadə edilməlidir.