Kandilli Rəsədxanasından İstanbulda zəlzələ xəbərdarlığı

İstanbulda zəlzələ açıqlamaları gəlməkdə davam edir.

Bizimxeber.az bildirir ki, bu dəfə Kandilli Rəsədxanası açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, İstanbulda zəlzələ 7 il ərzində 64 faiz ehtimalla 7 baldan artıq olacaq: "Yeri məlumdur, amma nə vaxt olacağını deyə bilmərik. Bunlar bizim edə biləcəyimiz yeganə statistik tədqiqatlardır. Bu ehtimal 2030-cu ilə qədər yüzdə 64, 2050-ci ilə qədər yüzdə 75, 2090-cı ilə qədər yüzdə 95 ehtimalla bu zəlzələ olacaq".