Kanar adaları yaxınlığında 230-dan çox miqrant xilas edildi

İspaniyanın Kanar adaları yaxınlığında 230-dan çox miqrant bərbad qayıqdan xilas edilib.

Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” məlumat verib.

Xilasedicilərin məlumatına görə, qayıqda 231 nəfər, o cümlədən 14 qadın və üç uşaq olub. Bu, 2024-cü ildə Qran Kanariya adası yaxınlığında bir qayıqdan xilas edilən ən çox insandır.