Kanadadan Ukraynaya 32 milyonluq hərbi yardım paketi

Kanada Ukraynaya ümumi məbləği 32 milyon dollar olan növbəti hərbi yardım paketini açıqladı.

Bizimxeber.az bildirir ki, Kanadanın xarici işlər naziri Melani Colinin sözlərinə görə, bu pulun 13 milyon dollar insan haqlarının pozulması hallarının araşdırılmasına sərf olunacaq. Daha 12 milyon dollar nüvə, kimyəvi və bioloji təhlükələrə qarşı tədbirlərin təmin edilməsinə xərclənəcək.

Paketdə ərazilərin minalardan təmizlənməsi üçün 7,5 milyon dollar vəsait nəzərdə tutulub.

Kanada hakimiyyəti Ukraynanı dəstəkləyir və ehtiyac olduğu müddətcə ona yardım göstərməyə hazırdır.