Kanada Ukraynaya yeni yardım elan etdi - silah və təlim

Kanada Ukraynaya əlavə hərbi yardım, əlavə döyüş sursatı və Ukrayna hərbçiləri üçün təlim proqramının genişləndirilməsini elan edib.

"Bizimxeber" bildirir ki, bu barədə hökumətin bəyanatında deyilir. 

Kanadanın yeni yardımı paketi Rammstein formatı çərçivəsində elan edilib. 

Müharibə başlayandan bəri kanadalı təlimatçılar 2400-dən çox Ukrayna əsgərinə, 2015-ci ildən isə 36.000-dən çox əsgərə təlim keçib. Ümumilikdə, 2022-ci ilin əvvəlindən Kanada Ukraynaya 8 milyard dollardan çox yardım göstərib. Hərbi yardımın payı 1 milyard dollardan çoxdur.