Kanada Navalnı ölümünü Rusiyaya bağışlamır - Daha bir sanksiya

Kanadanın xarici işlər naziri Melani Coli koloniyada rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü və Rusiya Federasiyasında insan haqlarının kobud və sistematik şəkildə pozulmasının davam etməsi ilə əlaqədar 13 Rusiya vətəndaşına qarşı əlavə sanksiyalar elan edib.

Bizimxeber.az bildirir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir ki, Navalnının vəhşicəsinə rəftarında və onun ölümündə iştirak edən yüksək vəzifəli məmurlara, habelə Rusiya istintaq orqanlarının, penitensiar xidmətin və polisin yüksək vəzifəli əməkdaşlarına qarşı sanksiyalar tətbiq edilib.

Söhbət xüsusilə müxalifətçinin 2020-ci ildə "Noviçok" kimyəvi maddəsi ilə zəhərlənməsindən və Almaniyada zəhərlənmədən müalicə olunaraq Rusiya Federasiyasına qayıtdıqdan sonra 2021-ci ildə Moskva aeroportunda qanunsuz saxlanılmasından gedir.

Bundan əlavə, Ottava həbsdə olarkən onun insan hüquqlarına hörmət edilməməsini, Navalnının ölüm səbəblərinin araşdırılmamasını və mərhumun qalıqlarının ailəsinə təhvil verilməsinin uzun müddət ləngiməsini nəzərə alıb.

Bundan əvvəl Aİ Rusiyada insan haqlarının pozulmasına, xüsusən də koloniyada rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyət daşıyan 20-yə yaxın şəxsə qarşı yeni sanksiyalar qəbul edib.