Rusiyada saxlanılan idmançı Kamil Zeynallının Ermənistanın saxta ittihamlar irəli sürdüyü, saxta maddələri məlum olub.
Fitnes məşqçinin vəkili Ələkbər Qarayev bildirib ki, müvəkkili Vətən müharibəsi başlayandan iki gün sonra, 29 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən axtarışa verilib. Ona qarşı həmin ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə saxta ittiham verilib.
Vəkilin sözlərinə görə, hələ 48 saatlıq tutulma qərarı var. O, sabah həbs tələbi ilə məhkəməyə çıxarılacaq.