Kadırovdan şok açıqlama - Ukraynada ölənlərin sayını gizli saxlayın!

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada xüsusi hərbi əməliyyat (SVO) zamanı həlak olan əsgərlərin sayını açıqlamamağa çağırıb.

Bizimxeber.az bildirir ki, o, bu barədə özünün "Telegram" kanalında  deyib.

Onun sözlərinə görə, Rusiyanın bəzi regionlarının rəhbərləri itkilər barədə ətraflı məlumat dərc etməklə bu mövzunu manipulyasiya edirlər.

“Bölgələrin rəhbərlərinin ölənlərin sayını niyə açıqlamalıdırlar?  Nə üçün? Onlar hər şeyi ən xırda təfərrüatları ilə yazırlar” - deyə Kadırov yazıb.