İvana Tramp öldü

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib. 

Onun ürək tutmasından dünyasını dəyişdiyi deyilir. 

Həkimlər kömək üçün onun evinə gəlsələr də, qadını xilas edə bilməyiblər.

“İvana Tramp Nyu-Yorkdakı evində vəfat etdi. O, ilham verici həyat sürən gözəl, inanılmaz qadın idi”, - Tramp ailəsi açıqlamasında bildirib.

Qeyd edək ki, İvana və Donald Tramp 1977-1992-ci illərdə evli olublar.