İtaliyaya 40 dərəcə isti yaxınlaşır

Yaxın günlərdə İtaliyada həddindən artıq istilər gözlənilir, cənubda termometr 40°-dən çox ola bilər.

Bizimxeber.az bildirir ki, bu barədə ANSA xəbər verib.

Apennin yarımadasında yaxın günlərdə havanın temperaturu mövsüm üçün normadan təxminən 12 dərəcə yüksək olacaq və Səhradan gələn toz səbəbindən səma tutqun ola bilər. 

Artıq Sardiniya adasında termometr 39°C-yə yaxınlaşır, ölkənin mərkəzində, xüsusən də Romada - 34-36°C.

Çərşənbə və cümə günləri arasında istilərin pik həddə çatacağı gözlənilir. Sardiniya adasının cənubunda temperatur 44°C-ə, Siciliyada və Apennin yarımadasının cənubunda 40-41°C, Romada 38-39°C-ə qədər ola bilər.

Şənbə günündən etibarən siklonun gəlməsi və temperaturun aşağı düşəcəyi gözlənilir. 

Xatırladaq ki, Yunanıstan ötən həftə həddindən artıq istilərdən əziyyət çəkib, Akropol və digər turistik yerlər yüksək temperatur səbəbindən gün ərzində bağlanıb.