İtaliya yaşlılara baxanlara 10 min viza verəcək

Gələn il İtaliya qocalara və əlillərə qulluq edən insanlar üçün əlavə 10 000 iş vizası təklif edəcək.

Bu barədə taliya hökuməti yeni miqrasiya qaydaları paketini qəbul edərək bildirib,

Əhalinin qocalmasından və doğum nisbətinin azalmasından əziyyət çəkən İtaliya uzun müddətdir ki, baxıcı çatışmazlığı ilə üzləşib. Katolik qrup Sant'Egidio da daxil olmaqla xeyriyyə təşkilatları, xaricdən daha çox baxıcının gətirilməsinə icazə vermək üçün hökumətə lobbiçilik edir. 

Baxıcılar üçün əlavə kvota keçən il 2023-2025-ci illər üçün elan edilmiş 452,000 iş vizasına əlavə olaraq ayrılacaq ki, bu da əvvəlki üç ildəkindən demək olar ki, 150% çoxdur.