İsveçrədə keçiriləcək Sülh Sammitinə Fransa da çağırılıb

"İyunda İsveçrədə keçiriləcək Ukraynada sülhə dair sammitdə iştirak edəcəyəm".

Bizixmeber.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Makron bildirib ki, sülhə şərait hazırlamaq üçün bütün ölkələri birləşdirəcək bu sammit çox yaxşı təşəbbüsdür.

O əlavə edib ki, Fransa bu məsələdə yaxından işləyir: "Biz İsveçrənin təklif etdiyi görüşdə olacağıq, davamlı sülh, yəni beynəlxalq hüquq və qaydalara hörmət edən sülh istəyən bütün ölkələrin yanında olacağıq.

Ötən gün Slovakiyanın da İsveçrədə keçiriləcək ilk Sülh Sammitində iştirak edəcəyi məlum olub.  Lakin Rusiya danışıqlarda iştirak etməyəcəyini bəyan edib.