İstanbul qiyamət zəlzələsinə hazır olmaq üçün xəbərdarlıq edildi - "Euractiv"

Fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 45 min nəfəri ötdüyü fonunda geoloqlar Türkiyənin sənaye şimal-qərbində baş verə biləcək daha bir güclü zəlzələ ilə bağlı xəbərdarlıq ediblər. 

Bu barədə "Euractiv” nəşri yazır. 

Ölkənin cənub-şərqində baş verən zəlzələlər səlahiyyətliləri zəlzələyə meyilli ölkənin Türkiyənin sıx məskunlaşdığı şimal-qərb sənaye bölgəsində oxşar təkanlarla necə mübarizə apara biləcəyini yenidən düşünməyə vadar edib.

Türkiyənin 16 milyonluq ən böyük şəhəri və ölkənin ticarət mühərriki olan İstanbul ölkəni kəsişən fay xətlərinin yaxınlığında yerləşir.

1999-cu ildə üç ay fərqlə baş verən iki zəlzələ ölkənin şimal-qərbində 20 minə yaxın insanın ölümünə səbəb olub. Geoloqlar bildirirlər ki, bu bölgədə daha bir zəlzələ baş verə bilər.

Dünya Bankının bazar ertəsi hesablamalarına görə, fevralın 6-da baş verən zəlzələ təxminən 34 milyard dollar birbaşa fiziki ziyana səbəb olub, lakin ümumi yenidənqurma və bərpa xərcləri bundan iki dəfə çox ola bilər.

İstanbulda fevral zəlzələsinə bənzər təkanlar baş verərsə, xaosa səbəb ola bilər və bu səbəbdən daha çox hazırlıq tələb olunur.

Ətraflı
"Bu, (Türkiyənin) sənaye mərkəzidir. Burada bu böyüklükdə dağıntılar daha ciddi nəticələrə səbəb ola bilər ki, bu da ölkənin məhvinə gətirib çıxara bilər", - müxalifətçi İstanbul Bələdiyyəsinin baş katibinin müavini Buğra Gökçə bildirib.

Bələdiyyədə zəlzələ riskinin idarə edilməsinə cavabdeh olan Buğra Gökçə "Dövlət bunu milli təhlükəsizlik məsələsi kimi nəzərdən keçirməli, prioritetləşdirməli və resursları ayırmalıdır" deyib.

Fevralda baş verən zəlzələlər və İstanbul ətrafındakı Mərmərə bölgəsinin şimal-qərbində güclü zəlzələyə hazırlıq məsələsi Türkiyədə iyunda keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərində əsas məsələlər olacaq.

Türkiyə bir neçə aktiv qırılma xəttində yerləşdiyindən onu böyük zəlzələlərə qarşı həssas edir. Şimali Anadolu fay xəttinin bir qolu İstanbulun cənubunda Mərmərə dənizindən keçir.

Ekspertlər deyirlər ki, 1999-cu ildə baş vermiş fəlakətdən sonra ictimai müzakirə mövzusu olan İstanbulun böyük zəlzələyə hazırlığına yenidən diqqət yetirilməlidir.

1999-cu ildən bu yana İstanbul sürətlə urbanizasiya dalğasına məruz qalıb və bunun böyük hissəsi Ərdoğanın hakimiyyəti dövründə baş verib. 2018-ci ildə hökumət mühəndislərin və memarların insanların həyatını təhdid edə biləcəyini xəbərdar etdiyi qeydiyyatsız tikinti işlərini qanuniləşdirmək üçün Türkiyə daxilində amnistiya tətbiq edib.

Hökumət təhlükəsizlik standartlarını sistematik şəkildə pozması ilə bağlı tənqidləri rədd edir, lakin keçən həftə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ etiraf edib ki, Türkiyə artıq amnistiyanı tətbiq etməməli və keyfiyyətsiz tikintiyə görə cəzaya yenidən baxmalıdır.