İstanbul birjasında "Muharrem İnce" yüksəlişi

Ölkə Partiyasının sədri  Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürdüyünü açıqlamasından sonra İstanbul Birjasında kəskin yüksəliş müşahidə olunub.

Bizimxeber.az "internethaber"ə istinadən bildirir ki, son iki gündə seçkinin ilk turda Kamal Kılıçdaroğlunun qələbəsi ilə yekunlaşa biləcəyi gözləntilərinin artması ilə bahalaşan bank səhmləri İncənin qərarından sonra 10 faizlik daha yüksəlib.

İncənin qərarından sonra BIST 100 indeksində artım 6 faizi keçib.

Türkiyənin kredit riski mükafatı (CDS) də bu gün 50 baz bənddən çox azalma ilə kritik hədd olan 500 bəndin altına düşüb.