"İsrailin Rəfaha hücumu HƏMAS-ı məhv etməyəcək" - Blinken

"İsrailin Qəzzanın Rəfah şəhərinə genişmiqyaslı hücumu anarxiyaya səbəb olacaq və HƏMAS terror qruplaşmasının məhvinə gətirib çıxarmayacaq".

Bizimxeber.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken "CBS News" telekanalına müsahibəsində bildirib .

O xatırladıb ki, Qəzza əhalisinin əksəriyyəti Rəfaha köçdüyünə görə, ABŞ bir neçə aydır ki, Rəfahda böyük hərbi əməliyyat keçirməkdən narahatlığını ifadə edib.

“Və biz İsrailə bildirdik ki, mülki əhalinin müdafiəsi üçün etibarlı plan olmadığı halda, böyük hərbi əməliyyat olan Rafah əməliyyatını dəstəkləyə bilmərik və etməyəcəyik”, - Blinken bildirib.

Onun sözlərinə görə, İsrailin “hələlik görmədiyimiz mülki əhalini qorumaq üçün aydın, etibarlı planı olmalıdır”.

O, hesab edir ki, Rəfahı HƏMAS silahlılarından tam təmizləmək mümkün olmayacaq.

"Yaxud onlar (HƏMAS. - Red.) Qəzzədən çıxsalar, bizim fikrimizcə, o zaman böyük ehtimalla xaos, anarxiya və nəhayət, HƏMAS ilə doldurulacaq bir boşluq yaranacaq", - Blinken əlavə edib.