Kobaxidzedən şok açıqlama - "...məni sui-qəsdlə qorxutdu..."

"Avropa komissarlarından biri mənimlə xarici agentlər haqqında qanun mövzusunda telefon danışığında Slovakiyanın baş nazirinin həyatına sui-qəsddən sonra ehtiyatlı olmaq lazım olduğunu deyərək qorxutdu".

Bizimxeber.az bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Qərbdən uzun sürən şantaj fonunda belə, Avropa komissarlarından biri ilə telefon danışığında edilən hədə heyrətləndirici idi. Mənimlə söhbətində Avropa komissarı şəffaflıq qanununa vetoya son qoyularsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadaladı. Qeyd etdi: “Siz Fico ilə nə baş verdiyini gördünüz və siz də belə bir hal olar, çox diqqətli olun”, – Kobaxidze TASS-a deyib.

Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili   xarici agentlər haqqında qanuna veto qoyub . Bununla belə, ölkə parlamentinin rəhbəri Şalva Papuaşvili qanunverici orqanın  bunun öhdəsindən gələ biləcəyini bildirib .