İsrailin elit qırıcı pilotları məhkəmə islahatına etiraz edir

İsrail Hərbi Hava Qüvvələrinin elit eskadrilyasının qırıcı pilotları hökumətə qarşı görünməmiş etiraz aksiyası keçirərək təlimlərə qatılmayacaqlarına söz veriblər.

Bizimxeber.az bildirir ki, 69-cu eskadrondan olan 40 ehtiyatda olan pilotların demək olar ki, hamısı bu həftə bir günlük təlimlərə qatılmaqdan imtina edib.

Bu, İsrailin ən strateji əhəmiyyətli ehtiyat qüvvələri tərəfindən misilsiz siyasi addım kimi qiymətləndirilir. Bu, həm də hakim millətçi koalisiyanın hüquq sistemini yenidən qurmaq planlarına qarşı artan müxalifətin əməli kimi qiymətləndirilir.

Adı açıqlanmayan pilotlardan biri "Ynet" xəbər saytına deyib ki, eskadron diktatura rejiminə xidmət etməyə hazır deyil.

Bu arada, El Al milli hava yolu şirkəti, pilotların etirazlar çərçivəsində uçmaqdan imtina etdiyi barədə mediada yayılan xəbərlərdən sonra, Baş nazir Benyamin Netanyahu və həyat yoldaşını bu həftə planlaşdırılan İtaliyaya səfəri üçün başqa ekipaj tapıb.

İsrailin hərbi rəhbərliyi arasında artan narahatlığın daha bir əlaməti olaraq, İsrail Hərbi Hava Qüvvələrinin 10 keçmiş komandiri pilotlar və təyyarə heyətləri arasında etiraz səviyyəsini nəzərə alaraq cənab Netanyahunu "dayanın,  həll yolu tapmağa çalışırıq" başlıqlı açıq məktub dərc edib: "Biz bu proseslərin nəticələrindən və İsrail dövlətinin milli təhlükəsizliyi üçün ciddi və nəzərəçarpacaq təhlükədən narahatıq” -  deyə məktubda deyilir.