"İsraili sonadək dəstəkləyəcəyik" - Bayden

ABŞ prezidenti Co Bayden "Tvitter" hesabında İranın İsrailə qarşı hücumları ilə bağlı məlumat paylaşıb.

Bizimxeber.az bildirir ki, Bayden, "son məlumat üçün milli təhlükəsizlik komandamla görüşdüm. İran və onun müvəkkillərindən gələn təhdidlərə qarşı İsrailin təhlükəsizliyinə dair öhdəliyimiz sərtdir” deyə yazıb.