İsrail və HƏMAS 40 günlük atəşkəsə razılaşdı

Fələstin HƏMAS hərəkatının hərbi qanadı və İsrail 40 günlük atəşkəsə nail olmaq üçün razılaşmanın əsas məqamları üzərində razılığa gəliblər.

Bu barədə EFE- yə Qahirədəki danışıqlara yaxın olan Fələstin və Misir mənbələri məlumat verib.

Nəşrin məlumatına görə, tərəflər 40 günlük atəşkəs barədə razılığa gəliblər və bu müddət ərzində İsrail həbsxanalarında saxlanılan 404 fələstinli məhbusun azadlığa buraxılması müqabilində 40 israilli girov, o cümlədən qadın, uşaq və 60 yaşdan yuxarı kişilər azad ediləcək.

Həmçinin qərara alınıb ki, birinci mərhələdə İsrail öz qoşunlarını Qəzza zolağının bütün şəhər mərkəzlərindən çıxarsın, həmçinin Rəfah şəhərində köçkünlərin Fələstin anklavının şimal və mərkəzi ərazilərinə qayıtmasına icazə versin.

Hər gün ən azı 500 yük maşını humanitar yardımla sektora buraxılacaq.