İsrail Suriyadakı hərbi obyektləri vurdu - 15 ölü

İsrail Dəməşqin ətrafı Mazeh şəhərini bombalayıb.

Bizimxeber.az bildirir ki, müharibə müşahidəçilərinin məlumatına görə, rayonda yaşayış evlərinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olub. Suriya dövlət mediası xəbər verir ki, İsrailin Dəməşqdə yaşayış evlərinə endirdiyi zərbələr nəticəsində 15 nəfər həlak olub. İsrail hücumların hədəflərinin hərbi obyektlər və İslami Cihad qruplaşmasının qərargahı olduğunu bildirib.

İsrailin hücumları Mazeh və Qudsayi bölgələrində həyata keçirilib. Hər ikisi Suriya paytaxtının qərb hissəsində yerləşir. Bu barədə məlumatı Suriya silahlı qüvvələrinə istinadən Suriyanın SANA xəbər agentliyi yayıb.