İsrail Suriyada tarixi körpüləri məhv etdi


İsrail Suriyanın Livanla sərhədi yaxınlığındakı Əl-Quseyr şəhərinə endirdiyi zərbələr zamanı iki tarixi körpü də daxil olmaqla, yeddi körpünü tamamilə və ya qismən dağıdıb. 

Bu barədə Suriyanın Şam FM radiostansiyasına şəhər administrasiyasının rəhbəri Ramiz Saadia bildirib.

Onun sözlərinə görə, yerli qurumlar sakinlərin, yanğınsöndürənlərin və xilasedicilərin şəhərlə əlaqəsi kəsilmiş ərazilərə çıxışını təmin etmək üçün müvəqqəti çay keçidlərinin tikintisi üzərində işləyir.

Qeyd edək ki, oktyabrın sonlarından etibarən Suriyanın Livanla sərhəd əraziləri də İsrailin mütəmadi hücumlarına məruz qalır.