İsrail Quterreşi "arzuolunmaz şəxs" elan etdi, ölkəyə girişinə qadağa qoydu

İsrail BMT-nin baş katibi Antonio Quterreşi "persona non-grata” (arzuolunmaz şəxs) elan edib.

Bizimxeber.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats deyib.

Beynəlxalq təşkilat rəhbərinin də ölkəyə girişi qadağandır. 

Xarici işlər naziri İranın İsrailə raket hücumundan sonra Quterreşin bəyanatını pisləyərək, onu "arzuolunmaz şəxs" elan etmək və ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini deyib:

"İranın İsrailə qarşı hücumunu birmənalı şəkildə pisləyə bilməyən kəs İsrail torpağına ayaq basmağa layiq deyil. Bu, terrorçulara, təcavüzkarlara və qatillərə dəstək verən anti-İsrail baş katibidir".