İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı hədəflərə zərbələr endirib.
Bizimxeber.az bildirir ki, İDF sözçüsü Daniel Hagari deyb ki, İsrail vətəndaşlarına qarşı hücumlar planlaşdıran Hizbullah hərəkatının mövqelərinə hücum edilib.
Son 20 il ərzində təşkilat Livanın cənubundakı yaşayış binalarında raketlər və PUA-lar da daxil olmaqla silah ehtiyatı saxlayıb. O, hücumların davam etdiyi üçün evlərində silah gizlədilmiş sakinləri dərhal təxliyyə etməyə çağırıb. Bu xəbərdarlıq bütün sosial şəbəkələrdə ərəb dilində yayılıb.
İsrailin Beyrutun cənub rayonlarına endirdiyi hava zərbəsi nəticəsində 45 nəfər həlak olub.