İsrail hərbi komandanlığı bufer zona yaratmaq üçün Livanın cənubunda quru əməliyyatı hazırlayır.
Bizimxeber.az bildirir ki, bu barədə Britaniyanın “The Economist” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, əsas məqsədlərdən biri Livanla sərhəddən şimalda bir neçə kilometr enində bufer zonası yaratmaqdır.
Quru əməliyyatı üçün planlar artıq hazırdır, lakin İsrailin hazırda onları həyata keçirmək üçün resursları yoxdur. Eyni zamanda, The Economist-ə görə, ölkənin hərbi-siyasi rəhbərliyində münaqişənin gərginləşməsinin məqsədəuyğunluğu ilə bağlı konsensus yoxdur.
Vurğulanır ki, İsrailin Livandakı quru əməliyyatı İD ilə Livanın şiə Hizbullah hərəkatı arasında qarşılıqlı atəşin intensivləşməsinə səbəb ola bilər ki, bu da öz növbəsində mülki infrastruktura məqsədsiz hücumlara səbəb olacaq.