İsrail Hizbullahın əsas maliyyə təşkilatının binalarını vurdu

İsrail Livanın şərqindəki Bekaa vadisində Livanın Hizbullah hərəkatı ilə əlaqəli Qard əl-Həssan maliyyə təşkilatının binalarına zərbələr endirib.

Bizimxeber.az bildirir ki, bu barədə “Əl-Jadeed” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, bu təşkilatın filiallarına iki hava zərbəsi endirilib, onlardan biri Bekaa inzibati mərkəzi - Baalbek şəhərinin bazarında yerləşir.