İsrail hərbçiləri üç girovun cəsədini aşkarladı - Biri alman vətəndaşıdır

Qəzza zolağının cənubunda davam edən əməliyyat zamanı İsrail hərbçiləri iki qadın və bir kişi olmaqla üç girovun cəsədini aşkarlayıb.

Rəfahda tapılan cəsədlər 7 oktyabr hücumu zamanı oğurlananlara aiddir.

Bizimxeber.az bildirir ki, məlumatı mətbuat konfransında İsrail ordusunun mətbuat katibi Daniel Həqari açıqlayıb. Onun sözlərinə görə, cəsədlər dəfn olunmaq üçün İsrailə aparılıb.

Həqəri bildirib ki, ölən üç nəfər İsrail və Qəzza zolağı yaxınlığındakı Negev səhrasında keçirilən musiqi festivalının tamaşaçıları olub. İddialara görə, onlar oktyabrın 7-də ölüblər və HƏMAS  cəsədlərini saxlayıb.

22 yaşlı Şani Luk İsrail və Almaniya vətəndaşı olub. Onun ölümü oktyabrın 29-da elan edilib. İkinci ölən 28 yaşlı Amit Buskila, üçüncüsü Yitzhak Gerelenterdir, onun yaşı açıqlanmır.