İsrail Ermənistana iki həkim göndərdi

İsrail Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının müraciəti əsasında 2023-cü il sentyabrın 26-da Xankəndidə baş vermiş partlayışın nəticələri ilə bağlı yardım göstərmək üçün İrəvana iki həkim göndərib. 

Bu barədə Ermənistanın İsraildəki səfirliyi məlumat yayıb.

Soroka Tibb Mərkəzinin yanıq şöbəsinin müdiri doktor Yaron Şoham və Şaari Zedek Tibb Mərkəzinin rekonstruktiv plastik cərrahiyyə üzrə mütəxəssisi doktor Adi Meisel Lotan İrəvana göndərilib.