İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullah hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri İbrahim Akil öldürülüb.
Bizimxeber.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Akillə birlikdə Radvan dəstəsinin yüksək rütbəli komanda heyətinin nümayəndələri də məhv edilib", - məlumatda deyilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri ölkənin şimal ərazilərində Livandan atılan 140-a yaxın mərmi atışını qeydə alıb.