İspaniya sahillərində qayıqda 4 qadının cəsədi tapılıb

İspaniyanın cənub-şərqində Aralıq dənizi sahillərində rezin qayıqda 4 qadının cəsədi tapılıb.

Bizimxeber.az bildirir ki, bu barədə AP məlumat yayıb.

Mursiya şəhərinin səlahiyyətliləri qadınların Şimali Afrika əsilli olduğunu və İspaniyaya çatmağa çalışan miqrant ola biləcəyini bildirib. Miqrantlar mütəmadi olaraq Afrikanın şimal-qərbindən İspaniyaya çatmaq üçün belə qayıqlardan istifadə edirlər.