İspaniya Fələstin dövlətini tanımağa hazırlaşır


"Hökumət iyul ayına qədər Fələstin dövlətini tanımağı planlaşdırır".

Bizimxeber.az bildirir ki,bunu İspaniyanın baş naziri Pedro Sançez Yaxın Şərqə səfəri zamanı jurnalistlərə bildirib.

Jurnalistlərə danışan Pedro Sançes əlavə edib ki, o, tezliklə Aİ-də bir neçə üzv dövləti eyni mövqeni tutmağa məcbur edəcək.

Martın 22-də Aİ liderlərinin görüşündə İspaniyanın baş naziri İrlandiya, Malta və Sloveniya liderləri ilə fələstinlilərin İordan çayının qərb sahilində və Qəzza zolağında elan etdikləri dövlətin tanınması istiqamətində ilk addımları atmaq mövzusunda razılaşdığını bildirib.