İspaniya Fələsti tanıyacaq

İspaniya yaxın həftələrdə Fələstin dövlətini tanıyıb-tanımamaq barədə qərar verəcək.

Bu qərar digər Aİ ölkələrinin Madridin bu addımına qoşulub-qoşulmamasından asılı olmayaraq veriləcək.

Bizimxeber.az bildirir ki, Sançes Brüsseldə digər Avropa liderləri ilə Yaxın Şərqdəki vəziyyəti təhlil etmək, Madridin mövqeyini izah etmək və hərəkətləri əlaqələndirmək üçün bir neçə ikitərəfli görüşlər keçirib.

Mənbələr bildiriblər ki, digər Aİ ölkələrinin İspaniyanın Fələstin dövlətinin tanınması ilə bağlı mövqeyinə qoşulub-qoşulmamasından asılı olmayaraq, İspaniya hökuməti artıq siyasi qərar verib və bu cəsarətli addımı atacaq.

Sançes bəyan edb ki, bu, cari altı aylıq dövrün sonuna, yəni iyula qədər baş verəcək.  Amma mənbələrə görə, bu addım “aylar deyil, həftələr ərzində atılacaq”.

Bu addım hələ 2014-cü ildə İspaniya parlamenti tərəfindən dəstəklənib. Bir çox son sorğulara görə, Fələstinin tanınması İspaniya əhalisi arasında güclü dəstəyə malikdir. 

Bu arada Norveç Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlayıb. Amma qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.